Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası evdə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində Yunanıstanda təlim-məşq toplanışındadır.

Offsideplus.az xəbər verir ki, qızlar Afinada Yunanıstan yığmasına qarşı iki yoldaşlıq oyunu keçirib.

Azərbaycan – Yunanıstan - 3:1 (25:17, 25:17, 21:25, 26:24)

Azərbaycan – Yunanıstan - 3:1 (25:15, 25:23, 19:25, 25:18)

Qeyd edək ki, komandamızın hazırlıq prosesinin son mərhələsi Bakıda baş tutacaq.