2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olmuş Benjamin Mendi özünün rəsmi kubok surətini hərraca çıxarıb və 62 min 200 dollara satıb.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin sabiq müdafiəçisi hazırda Polşanın "Poqon" klubunda çıxış edir. Kuboku alan şəxsə Mendinin imzası ilə orijinallıq sertifikatı da təqdim olunub. Kubokun üzərində çat və istifadə izləri, eləcə də Fransanın Rusiyada qazandığı qələbəyə həsr olunmuş xatirə oyma var.


