Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələsində UEFA reytinqinə 2,625 xal kazandıraraq ölkə futbolu tarixində yeni rekorda imza atıblar.
Offsideplus.az xəbər verir ki, keçirilən matçlarda 9 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət alan təmsilçilərimiz 2017/18 mövsümündəki əvvəlki rekordu (2,250 xal) geridə qoyublar.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Azərbaycan bu göstərici ilə mövsümün start raundlarında (bonuslar nəzərə alınmamaqla) Avropada ən çox xal toplayan iki ölkədən biridir:
| Yer | Ölkə | Q | H | M | Xal |
| 1-2 | Azərbaycan | 9 | 3 | 2 | 2,625 |
| 1-2 | Latviya | 10 | 1 | 3 | 2,625 |
| 3 | Estoniya | 8 | 4 | 4 | 2,500 |
Bonuslar da nəzərə alındıqda isə, Azərbaycan ümumi mövsüm göstəricisində Latviya ilə 6-7-ci yerləri bölüşür. Bizdən öndə olan İspaniya, Almaniya, İtaliya, İngiltərə və Portuqaliya kimi ölkələr yüksək xalları birbaşa liqa mərhələsində oynayan klublarının bonusları sayəsində əldə ediblər.
Klublarımızın xal payı:
| Yer | Komanda | Q | H | M | Xal |
| 1 | "Sabah" | 4 | 0 | 0 | 1,000 |
| 2 | "Qarabağ" | 2 | 2 | 0 | 0,750 |
| 3 | "Zirə" | 2 | 1 | 1 | 0,625 |
| 4 | "Neftçi" | 1 | 0 | 1 | 0,250 |
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasında mübarizəni davam etdirir, "Qarabağ" yoluna Konfrans Liqasında davam edəcək. "Zirə" və "Neftçi" isə avrokuboklarla vidalaşıb.


