Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbolsevərlər üçün yeni rəqəmsal layihəsi olan "APL Fantasy" platformasını rəsmən istifadəyə verib.
Offsideplus.az xəbər verir ki, layihə Misli Premyer Liqasının azarkeşlərinə öz virtual komandalarını qurmaq, xallar toplamaq və müxtəlif mükafatlar qazanmaq imkanı yaradır. Əsas məqsəd ölkə futboluna marağı artırmaq və azarkeşlərə interaktiv təcrübə bəxş etməkdir.
Həm veb-sayt (aplfantasy.az), həm də mobil tətbiq ("App Store" və "Google Play") formatında təqdim olunan platformada qaliblər hər turun, ayın və 33 turluq mövsümün yekununa əsasən xüsusi mükafatlarla təltif ediləcəklər.
???? Rəsmi imic çarxı:
???? Rəsmi platforma:


