"Benfika"nın müdafiəçisi Antoniu Silva karyerasını İngiltərədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı portuqaliyalı futbolçu "Bornmut"a transfer olunur.

Bu keçid üçün İngiltərə klubu "Benfika"ya 25 milyon avro əsas, 5 milyon avro isə bonus şəklində ödəniş edəcək.

Portuqaliya təmsilçisi Silvaya tibbi müayinədən keçmək üçün icazə verib.