Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə çox yaxındır.
Offsideplus.az xəbər verir ki, "Əl-İttihad" misirli ulduz futbolçuya illik 25 milyon dollar maaşla rəsmi təklif göndərib.
34 yaşlı hücumçu ərəb klubunun bu təklifini qəbul edib. Tərəflər arasında yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı və keçidin rəsmən açıqlanacağı gözlənilir.


