"Azərbaycan Şahmat Turu" seriyasından növbəti yarışa yekun vurulub.
Offsideplus.az xəbər verir ki, "Vugar Gashimov Open 2026" beynəlxalq turnirinin qalibləri bəlli olub.
A qrupunda mübarizə aparan Tunar Davudov 7,5 xalla turnirin çempionu adını qazanıb. Eyni xalı toplayan Loğman Quliyev əlavə göstəricilərə əsasən ikinci pillədə qərarlaşıb. İlk üçlüyü isə aktivində 7 xal olan Vüqar Manafov tamamlayıb.
Festival proqramına daxil olan rapid yarışında Murad İbrahimli, blits turnirində isə Rüstəm Rüstəmov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bağlanış mərasimində fərqlənən şahmatçılara medal, diplom və pul mükafatları təqdim edilib.
Qeyd edək ki, "Azərbaycan Şahmat Turu"nun növbəti mərhələsi sentyabrın 3-dən 10-dək təşkil olunacaq "Guba Open" turniri olacaq.


