A milli komandaya ilk dəfə çağırılan futbolçulardan biri də Rəvan Mirzəməmmədovdur.

Gənc əlcək sahibi bu barədə şərhini Offsideplus.az-la bölüşüb:

“Milli komandada çıxış etmək hər bir futbolçu üçün fəxrdir. Mənim üçün də həmçinin. Əlbəttə bu, xüsusi hissdir. Sözlə ifadə etmək çətindir. Bu yolda mənə dəstək olan hər kəsə - ilk məşqçimiz Məmmədəli Ağatalıbova, bu səviyyəyə çatmağımda böyük rolu olan klubuma - "Sabah"a təşəkkür edirəm. İnanıram ki, şans qazanacağıq halda öz oyununda millimizin məşqçilərini ümidlərini doğruldacam”.

Qeyd edək ki, ilk görüş bu gün saat 20:00-da start götürəcək.