Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizə davam edir.
Offsideplus.az xəbər verir ki, VII turda kişi şahmatçılarımız Yunanıstan seçməsi ilə qüvvəsini sınayacaq. Qadınlardan ibarət komandamızın rəqibi isə Ermənistan millisi olacaq.
Geridə qalan 6 turdan sonra kişilərdən ibarət kollektivimiz 10 xalla turnir cədvəlinin 12-ci pilləsində yer alıb. Eyni xala sahib olan qadın yığmamız isə sıralamada 9-cu mövqeyi tutur.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.


