Rusiyalı sabiq futbolçu Viktor Bulatov "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovun çıxışını tənqid edib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu Türkiyə çempionatında 4 oyunda 1 qol ötürməsi ilə yadda qalıb. Bulatov bildirib ki, Batrakovun bu mövqedə oynamaq üçün sürət və güc baxımından çatışmazlıqları var:
"Bu keçidə əvvəlcədən skeptik yanaşırdım. Mənim üçün təəccüblü deyil ki, o, uyğunlaşa bilmir. Təəssüf ki, hazırda o, nə Avropa, nə də Türkiyə səviyyəsində futbolçudur".


