UEFA Millətlər Liqasının yeni mövsümü öncəsi turnirin tarixinə düşmək uğrunda yarış getdikcə qızışır.
Offsideplus.az xəbər verir ki, Norveç millisinin ulduz hücumçusu Erling Haland bu yarışda liderliyi əlində saxlasa də, portuqaliyalı qoleador Kriştiano Ronaldu onun ardınca gəlir.
- Erlinq Halandın göstəricisi: Norveçli hücumçu turnir tarixində keçirdiyi 16 matçda rəqib qapılarından 19 top keçirərək zirvədə qərarlaşıb.
- Kriştiano Ronaldunun göstəricisi: Təcrübəli portuqaliyalı hücumçu isə 20 matçda 15 qolla izləməyə davam edir və tarixi rekord üçün mübarizəni sürdürür.
Hər iki futbolçunun qarşıdakı oyunlarda bu rekordu yeniləmək və ya möhkəmlətmək üçün əla şansları var.


