Amerikalı döyüşçü Kolbi Kovinqton Xamzat Çimayevlə RAF turnirində qarşılaşmağa hazır olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, o, bu təşkilatda 5-0 nəticə ilə çempion olduğunu və yenidən zirvəyə qayıtdığını qeyd edib.
Kovinqton Çimayevin döyüşlərdə tez yorulduğunu və bəzən geri çəkildiyini vurğulayıb:
"Xamzatın mənimlə güləşmək üçün dözümlülüyü çatmaz. Onun döyüşlərdə necə tükəndiyini görmüşük. Şon Striklendə qarşı müdafiəsi acınacaqlı idi. O, bəzən sadə səbəblərlə döyüşdən imtina edir. Əgər növbəti rəqibim o olsa, bu zəifliyini üzə çıxaracağam".
Qeyd edək ki, Çimayev RAF-da növbəti döyüşünü 14 noyabrda Əbu-Dabidə keçirəcək.


