"Barselona"nın yarımmüdafiəçisi Gavi komanda yoldaşı Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Gavi gənc futbolçunun potensialını yüksək qiymətləndirib: "O, inanılmaz oyunçudur, insan kimi isə daha da möhtəşəmdir. Yamal məşqlərdə daha çox təsir bağışlayır. Onun inkişafını səbirsizliklə gözləyirəm. Lamin öz potensialını və haraya qədər irəliləyə biləcəyini yaxşı bilir – o, futbol tarixinin ən böyük oyunçularından birinə çevrilə bilər. Onun düzgün yanaşması var, bu isə ən vacib məqamdır. O, vəziyyəti düzgün qiymətləndirir, qarşıda uzun karyerası var və hər gün eyni əzmlə çalışmalıdır. Mental baxımdan hər şey qaydasındadır. Sonda isə, dediyim kimi, əsas olan bu gün və indi baş verənlərdir, o isə hər gün diqqət mərkəzində olacaq" – deyə Gavi bildirib.


