Keçmiş NBA oyunçusu Gilbert Arenas "Qolden Steyt Uorriors"un Kley Tompsonu heyətdən uzaqlaşdırıb əvəzində Brendin Podzemskiyə üstünlük verməsini başa düşmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Arenas bu qərarın məntiqsiz olduğunu vurğulayıb: "Podzemski kimlə əlaqədədir? Bu, tamamilə ciddi və məntiqli sualdır. O, mütləq nəsə bilir və ya kimsə ilə əlaqəsi var, çünki mən heç vaxt Kleyi onun üçün göndərməzdim. Kleyi "Qolden Steyt"dən çıxardılar, halbuki o, 18 xala yaxın nəticə göstərirdi və üçlük faizləri də yüksək idi. Mən başa düşə bilmirəm... Söhbət müdafiədən də getmir, çünki Podzemski müdafiədə fərqlənmir. Onun oyun üslubu Stefen Karri ilə uyğun gəlmir, bu qərar məni çaşdırır".

Qeyd edək ki, Tompson son mövsümdə "Uorriors"da orta hesabla 17,9 xal, 9 üçlük cəhdi və 38,7 faiz dəqiqliklə çıxış edib. Onu əvəz edən Podzemski isə həmin çempionatda 9,2 xal, 3,2 üçlük cəhdi və 38,5 faiz göstəricisi ilə oynayıb.