Fransa millisinin oyunçuları beynəlxalq fasilə öncəsi komandanın bazasına toplaşıb və jurnalistlərin kameralarına tuş gəliblər.

Offsideplus.az xəbər verir ki, Fransa yığması Millətlər Liqasında dörd qarşılaşma keçirəcək. Komanda 25 sentyabrda Türkiyə, 28 sentyabrda Belçika, 2 oktyabrda İtaliya və 5 oktyabrda yenidən Belçika ilə üz-üzə gələcək.

Daha əvvəl mediada yayılan məlumata görə, Zinəddin Zidan jurnalistlərin komandanın gəlişini işıqlandırmasına qadağa qoyub.

Bildirilir ki, yeni baş məşqçi bu addımı qarşıdakı oyunlar öncəsi komandanın diqqətini artırmaq və intizamı gücləndirmək məqsədilə atıb.