Viktor Qyökeres "Arsenal" klubundakı gələcəyi ilə bağlı yaranan qeyri-müəyyənlik fonunda diqqət mərkəzindədir.

Offsideplus.az xəbər verir ki, "Yuventus", "Milan", "Əl-İttihad" və "Əl-Əhli" kimi tanınmış klublar isveçli hücumçunun vəziyyətini yaxından izləyirlər.

Komandadakı məhdud rolundan narazı qalan futbolçu əsas heyətdə mütləq oynamaq şansı qazanmaq üçün icarə əsasında ayrılmağı düşünə bilər.

Mövcud durumda sadəcə yaşıl meydanlarda oynamaq istəyən hücumçu üçün cari milli komandaların oyunlar fasiləsi vaxtında yerinə düşüb.