UFC döyüşçüsü Qeybl Stivsonun meneceri İbrahim Kava idmançının UFC 331-də Şon Şarafa 12 saniyəyə nokautla uduzmasına münasibət bildirib. O qeyd edib ki, Stivsonun belə məğlubiyyət yaşaması faciə deyil və bu, idmanın bir hissəsidir.
Offsideplus.az xəbər verir ki, Kava sosial şəbəkədə yazıb: "Qeyblin zərbə alması, azarkeşlərin onu fitə basması, rəqibinin xoşagəlməz sözlər deməsi və hazırda azarkeşlərin onu tənqid etməsi normaldır. O, bu həyatı özü seçib. İslam Maxaçev, Arman Tsarukyan, Demetrius Conson, Daniel Kormye və Joze Aldo da məğlubiyyət yaşayıb, amma hər biri əfsanəvi karyera qurub. Biz öz idmançımızı dəstəkləyirik. O, geri dönəcək və daha güclü olacaq."
Qeyd edək ki, bu məğlubiyyət Stivsonun peşəkar karyerasında ilk olub. O, bundan əvvəl ardıcıl dörd döyüşünü nokautla qazanıb. Daniel Kormye isə Stivsonun məğlubiyyətdən sonra qəfəsi tərk etməsini tənqid edib: "Orada dayan və haqq etdiyini qəbul et. Mən dayanıb ağlamışdım."


