Almaniyalı basketbol əfsanəsi Dirk Novitski "Dallas Maveriks"in yeni prezidenti Masai Uciriya dəstəyini ifadə edib. Klub rəhbərliyində baş verən dəyişikliklərdən sonra Novitski komandanın əvvəlki uğurlarına qayıtmasını arzuladığını bildirib.

Offsideplus.az xəbər verir ki, Novitski bu barədə belə deyib: "Biz onun tərəfindəyik. Hamımız istəyirik ki, 'Maveriks' yenidən əvvəlki səviyyəsinə qayıtsın. Cəmi bir neçə il əvvəl finalda oynayırdıq. Qarşıda böyük işlərimiz var. Həyəcanlıyıq". Ucirinin rəhbərliyi dövründə "Dallas" heyətini xeyli yeniləyib və baş məşqçi postuna Dasti Mey təyin olunub.