Fransalı basketbolçu Nicolas Batum 37 yaşında peşəkar karyerasını başa çatdırdığını açıqlayıb. Təcrübəli forvard bu qərarını şəxsi videosunda paylaşaraq, 18 mövsüm davam edən NBA karyerasına və milli komandadakı uğurlarına toxunub.

Offsideplus.az xəbər verir ki, Batum "Portland Treyl Bleyzers", "Şarlott Hornets", "Filadelfiya 76ers" və son olaraq "Los Anceles Klippers"də çıxış edib. O, həmçinin Fransa millisinin heyətində Tokio və Paris Olimpiadalarında gümüş medal qazanıb. Batumun açıqlaması ilə uzun illər davam edən beynəlxalq karyerası rəsmi olaraq başa çatıb.