İsveçli hücumçu Viktor Dyökereşin "Arsenal"dan ayrılması gündəmdədir.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu klubda özünü dəyərsiz hiss edir və əsas heyətdə yerini itirdiyinə görə narazıdır. Bu mövsüm beş oyunda iştirak edən Dyökereş hələ qol vurmayıb, yalnız iki dəfə start heyətində meydana çıxıb.

Oyunçunun agentləri artıq "Milan", "Yuventus", "Əl-Əhli" və "Əl-İttihad" klubları ilə ilkin danışıqlara başlayıb.

"Arsenal" hücumçunu satmağa tələsməsə də, yanvarda ulduz forvet transfer ediləcəyi təqdirdə Dyökereşin gedişinə razılıq verə bilər. Ötən mövsüm Viktor Dyökereş bütün turnirlərdə 21 qol vurub, "Arsenal"ın Premyer Liqada çempionluq qazanmasına və Çempionlar Liqasının finalına yüksəlməsinə kömək edib.

Jurnalist Pirs Morqan bildirib: "Etibarlı mənbələrə görə, "Arsenal" Dyoqereşi Alvaresə dəyişmək istəyirdi və buna görə ona az şans verirdi. Viktor buna görə qəzəblidir və özünü hörmətsiz sayır".

Bundan əlavə, "Arsenal" yanvarda Endriki transfer etməyə hazırlaşır. Hücumçunun agentləri futbolçunun gələcəyi ilə bağlı "Real Madrid"lə danışıqlar aparacaq.