"Qalatasaray" rəhbərliyi Okan Burukla yollar ayrılacağı təqdirdə komandanı tapşıracağı yeni baş məşqçini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin bir nömrəli hədəfi Didye Deşamdır.

"Sarı-qırmızılar"ın rəhbərliyi ayrılıq yaşansa, son olaraq Fransa milli komandasını çalışdırmış təcrübəli mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, O. Buruk 4 ildir "Qalatasaray"ı çalışdırır. O, komandanı 4 dəfə Türkiyə çempionu edib.