"Barselona"nın sabiq futbolçusu və məşqçisi Karles Reşak hakimlərin tarixi olaraq "Real Madrid"ə daha çox üstünlük verdiyini bildirib.

Offsideplus.az xəbər verir ki, o, İspaniyada və Avropada ən çox hakim dəstəyi görən komandanın məhz "Real Madrid" olduğunu vurğulayıb.

"Mən oynadığım dövrlərdə biz daim uduzurduq. Düşünürdüm ki, VAR sistemi tətbiq olunanda vəziyyət dəyişəcək. Çünki top qapı xəttini keçməyibsə, qol sayılmamalıdır, əvvəllər isə belə halları ləğv etmək mümkün deyildi. Amma əvvəllər hakim və köməkçilərlə bağlı problemlər var idisə, indi bunlara VAR rəsmiləri də əlavə olunub. Böyük irəliləyiş əldə etməmişik, vəziyyət əvvəlki kimidir", – deyə Reşak qeyd edib.