"Araz-Naxçıvan" PFK-da məşqçilər korpusu ilə yollar ayrılıb.

Offsideplus.az xəbər verir ki, club rəhbərliyi baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Naxçıvan təmsilçisinin mətbuat xidməti hər iki mütəxəssisə göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.