2016-cı ildən etibarən keçirilən Azərbaycan Qran-Prisi 10-cu yubiley yarışına hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, geridə qalan illər ərzində Bakı Şəhər Halqasının pərəstişkarları bir-birindən həyəcanlı mübarizələrə və tarixi rekordlara şahidlik ediblər.

Azərbaycan Qran-Prisinin tarixində xüsusi iz qoyan 5 pilotun Bakıdakı ən yaddaqalan göstəriciləri diqqət çəkir:

  • Niko Rosberq: 2016-cı ildə Bakıda keçirilən ilk yarışın qalibidir. O, pouldan başlayaraq bütün dövrələrdə lider olub, ən sürətli dövrəyə imza atıb və "Böyük Dəbilqə" ilə zəfər qazanıb.

  • Maks Ferstappen: Bakıda iki dəfə (2022 və 2025) qalib gəlib. O, 2025-ci il yarışında "Böyük Dəbilqə"yə imza ataraq paytaxtımızdakı uğurlarını zirvəyə daşıyıb.

  • Lyuis Hemilton: Yeddiqat dünya çempionu Bakıda 2018-ci ildə qələbə qazanıb, 2019-cu ildə isə 2-ci yeri tutub.

  • Şarl Lekler: Bakı trekinin rəsmi dövrə rekordçusudur (1:43.009). "Ferrari" sürücüsü 2021–2024-cü illərdə ardıcıl 4 dəfə poul qazanaraq mütləq rekorda yiyələnib.

  • Serxio Peres: Bakıda iki qələbə (2021, 2023) və ümumilikdə 5 podiumla "Bakı trekinin kralı" adını qazanan yeganə pilotdur.

2026-cı ildə keçiriləcək 10-cu yubiley Qran-Prisi Bakı küçələrində yeni rekordlara və unudulmaz anlara səhnə olacaq.