Qadınlar Super Liqasında 2026/2027 mövsümünün I turunun cütlükləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, yeni mövsümdə çempionluq uğrunda 12 komanda mübarizə aparacaq.
I turun qarşılaşmaları:
-
"Dirçəliş" – "Sumqayıt"
-
"İmişli" – "Neftçi"
-
"Ümid" – "Baku Juniors"
-
"Araz-Naxçıvan" – "Goranboy"
-
"Liman" – "Sabah"
-
"Şəfa" – "Qəbələ"
Qeyd edək ki, Qadınlar Super Liqasına oktyabrın 18-də start veriləcək. İki mərhələdən ibarət olacaq çempionatda ilk mərhələnin yekunlarına əsasən komandalar iki qrupa bölünəcək. İlk 6 pilləni tutan kollektivlər A qrupunda çempionluq, 7-12-ci yerləri tutan komandalar isə B qrupunda sıralama uğrunda mübarizəni davam etdirəcəklər.


