İspaniya millisinin heyətində dəyişiklik baş verib.
Offsideplus.az xəbər verir ki, "Tottenhem"in müdafiəçisi Pedro Porro İngiltərə Premyer Liqasında "Aston Villa" ilə oyunun 19-cu dəqiqəsində əzələ zədəsi alaraq meydanı tərk edib. Onun əvəzinə "Sportinq"in 21 yaşlı futbolçusu İvan Fresneda əsas yığmaya dəvət olunub. Fresneda əvvəlcə İspaniyanın gənclər millisinin düşərgəsinə çağırılmışdı.
İspaniya yığması yaxın günlərdə Millətlər Liqasının startında İngiltərə, iki dəfə Xorvatiya və Çexiya ilə qarşılaşacaq.


