Joze Mourinyo "Atletiko" ilə La Liqa oyununda Din Xeysenin meydandan qovulmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi hadisənin təkrarını izləmədiyini, epizodun uzaqda baş verdiyini və ona görə də dəqiq fikir bildirə bilmədiyini deyib.

"Paltardəyişmə otağında dedilər ki, qayda pozuntusu cərimə meydançasından kənarda başlayıb. Əgər belədirsə, bu, sadəcə qayda pozuntusudur, qırmızı vərəqə və hesab 0:0 qalır. Əgər pozuntu cərimə meydançasında baş veribsə və açıq şəkildə köynəkdən tutma varsa, bu zaman penalti və qırmızı vərəqə olmalı idi. Bütün bunlar ikinci hissədə baş verdi. Birinci hissədə isə 11-ə qarşı 9 vəziyyəti yaranmalı idi. İkinci hissədə 11-ə qarşı 10 oynadıq, çətinliklər oldu və futbolçular rəqabət aparmaq üçün bütün güclərini sərf etdilər. Təsəvvür edin, 11-ə qarşı 9 olsaydı, futbolda möcüzə olmur və nəticənin necə olacağını təsəvvür etmək çətin deyil", – deyə Mourinyo bildirib.