Ulduz forvard Kavai Lenardın "Toronto"ya transferindən əvvəl ona bir neçə NBA klubu maraq göstərib. Lakin Lenard açıq şəkildə bildirib ki, yalnız "Toronto" və ya "San Antonio" ilə müqavilə uzatmağa razı olar.

Offsideplus.az xəbər verir ki, Mark Steynin məlumatına görə, "Mayami Hit", "Minnesota Timberwolves" və "Detroyt Pistons" Lenardı heyətinə qatmaq istəsə də, oyunçu bu klublara keçmək niyyətində olmayıb. Ötən mövsüm Lenard orta hesabla 27,9 xal, 6,4 ribaund və 3,6 assist ilə yadda qalıb. Hazırda 35 yaşlı forvard üçün 126 milyon dollar dəyərində iki illik müqavilə uzatması imkanı mövcuddur.