UFC çempionu Castin Geyci bu ilin sonuna qədər qəfəsə çıxmayacağını açıqlayıb və karyerasını başa vurmaq ehtimalını istisna etməyib.
Offsideplus.az xəbər verir ki, Geyci qərarın tamamilə özündə olduğunu, lakin ailəsinin fikirlərinə də önəm verdiyini bildirib. "Aydındır ki, son söz mənimdir, amma hər kəsin dediklərini dinləyirəm. Möhtəşəm ailəm var – valideynlərim, qardaşlarım və bacılarım. Qardaşım döyüşləri dayandırmağımı istəmir, davam etməyimi arzulayır, digərləri isə... Hələlik sadəcə vəziyyəti dəyərləndiririk. Onlar bilir ki, bu il döyüşə bilməyəcəyəm, ona görə də sadəcə sakit şəkildə bərpa olunmağımı istəyirlər. Mən dincələcəyəm, sağalacağam, çempionluqdan zövq alacağam, haradasa Milad bayramı ərəfəsində isə növbəti addımlar barədə danışacağıq", – deyə Geyci vurğulayıb.


