"Red Bull" pilotu İzak Adjarın Azərbaycan Qran-prisində iştirakı hələ də sual altındadır.
Offsideplus.az xəbər verir ki, fransalı sürücü biləyindən aldığı zədə səbəbindən Niderland, İtaliya və İspaniya yarışlarını buraxmalı olub.
Bu mərhələlərdə onu "Racing Bulls" pilotu Liam Louson əvəzləyib, onun yerini isə öz növbəsində ehtiyat sürücü Yuki Tsunoda tutub.
"RacingNews365" nəşrinin məlumatına görə, Bakı mərhələsi ilə bağlı yekun qərar bu gün - sentyabrın 21-də Adjarın simulyatorda aparacağı sınaqdan sonra veriləcək. Mənbələr bildirir ki, İzakın əlindəki vəziyyət yaxşılaşıb və ağrılar səngiyib.


