"Rəsmi oyundan əvvəl son gedişatları yoxlamaq pis olmazdı. Mövsümün sonu olsaydı, deyərdilər yorğundurlar” 

Bu sözləri Aslan Kərimov Offsideplus.az-a açıqlamasında deyib:

“Milli oyunlar lazım idi. Rəsmi oyundan əvvəl son gedişatları yoxlamaq pis olmazdı. Mövsümün sonu olsaydı, deyərdilər yorğundurlar. Tacikistanla oyunda bəzi sınamalar niyə də olmasın? Litvayla oyunda matçı həll edən məqamlar olacaq. İkimiz də təxminən eyni səviyyədə komandayıq. Strategiyalar isə fərqlidir. Bu dediklərim U-21-ə də aiddir. Çoxdandır bir yerə toplanmırdılar. Həddindən artıq çətin olacaq. Çexiya millisi səhv etmirəmsə, çox güclüdür. Yoxlama oyunu olsa belə, çətin olacaq. Bərpa üçün 3-4 gün vaxt olacaq. Yaxşı fürsətdir”.