UFC-nin orta çəki dərəcəsində çempionu Şon Striklend avtomobil qəzası keçirib və müxtəlif bədən xəsarətləri alıb. Striklend sosial şəbəkədə paylaşdığı videoda qəza zamanı başına və çiyninə xəsarət yetirdiyini göstərib.
Offsideplus.az xəbər verir ki, döyüşçü açıqlamasında bildirib: "Dostuma sükan verdim, 60 mil sürətlə altı dəfə çevrildik. Başımı yerə vurdum. Dəbilqəm yox idi, axmaqlıq etdim. İndi bir az dincəlməyə ehtiyacım var. Səyahət heç də yaxşı olmadı". Striklend əlavə edib ki, qəza nəticəsində dostu xəstəxanaya aparılıb. Qeyd edək ki, dekabr ayında Striklendin Nassarudin İmavovla titul döyüşünə çıxacağı gözlənilir.


