"Turan Tovuz" və "Fənərbağça" komandaları arasında keçiriləcək yoxlama matçının biletləri satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, azarkeşlər biletləri Birbilet.az saytı üzərindən onlayn qaydada əldə edə bilərlər.
Biletlərin qiyməti 10 və 150 manat arasında dəyişir.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma oktyabrın 3-də, saat 20:00-da start götürəcək.
Qeyd edək ki, stadionun 3, 4, 5 və 6-cı sektorları "Turan Tovuz", 23, 24, 25 və 26-cı sektorları isə "Fənərbağça" fanklubları üçün ayrılıb.


