Tacikistan milli komandası sabah Azərbaycan yığmasının qonağı olacaq. 

Offsideplus.az xəbər verir ki, qonaqların kapitanı Aktam Nazarov görüşdən əvvəl media önünə çıxıb.

“Bizi gözəl qarşıladılar. İnanıram ki, gözəl oyun olar. Konkret hansı futbolçuya qarşı oynayacağımı bilmirəm. Emin Mahmudov və bəzi futbolçuları tanıyram”.