"Sabah"ın Çempionlar Liqasındakı ev oyunlarına böyük maraq var.
Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bununla bağlı açıqlama verib. O, qeqeyd olunan məbləğin tək bir qarşılaşma üçün deyil, bütün 4 ev oyununu əhatə etdiyini bildirib:
"UEFA Çempionlar Liqasının liqa mərhələsindəki ev oyunlarımıza azarkeşlər tərəfindən böyük maraq göstərilir. Satışın ilk mərhələsində biletlərin qısa müddətdə tükenməsi də bunun bariz nümunəsidir.
Dörd ev matçı üçün biletlərin vahid pakette təqdim olunmasında əsas məqsəd azarkeşlərimizə "Sabah"ın bütün oyunlarını stadiondan izləmək üçün daha əlverişli şərait yaratmaqdır. Biletlərin münasib qiymətə təyin edilməsi də məhz azarkeşlərin maraqları nəzərə alınaraq həyata keçirilib. Bu satış modeli hər oyun öncəsi ayrıca bilet axtarmaq zərurətini aradan qaldırır və yerləri əvvəlcədən təmin etməyə imkan verir.
Qeyd edək ki, biletlər tükənməyib. Sıxlığın qarşısını almaq və daha çox azarkeşin bilet əldə etməsini təmin etmək üçün satış mərhələli şəkildə aparılır.
Həmçinin bəzi azarkeşlərdə qiymətlərlə bağlı yanlış təsəvvür yarandığını müşahidə edirik: qeyd olunan məbləğ tək bir qarşılaşma üçün deyil, bütün 4 ev oyununu əhatə edir.
Azarkeşlərimizə göstərdikləri böyük maraq və anlayışa görə təşəkkür edirik. İnanırıq ki, tribunaları birgə dolduraraq komandamıza möhtəşəm dəstək olacağıq".


