Almaniyanın "Bavariya" klubu hücum xəttində gələcəkdə yarana biləcək boşluğu doldurmaq üçün indidən strateji addımlar atmağa başlayıb.
Offsideplus.az xəbər verir ki, klub Harri Keynin komandada daha 2-3 il qalmasında və yeni müqavilə imzalamasında qərarlı olsa da, uzunmüddətli planlaşdırma çərçivəsində alternativləri nəzərdən keçirir.
-
"Bavariya"nın hədəfi: Münhen təmsilçisi ingilis hücumçunun komandada qalacağına inansa da, Erlinq Halandın vəziyyətini diqqətlə izləyir və onun mümkün gediş tarixinin Keynin gələcəyi ilə üst-üstə düşəcəyi təqdirdə variantları dəyərləndirməyi planlaşdırır.
-
İspaniya nəhənglərinin rəqabəti: Norveçli ulduz hücumçu uğrunda mübarizədə yalnız Almaniya təmsilçisi deyil, həmçinin "Real Madrid" və "Barselona" klublarının da 2027-ci ildən etibarən transfer üçün hərəkətə keçməyə hazırlaşdığı bildirilir.


