Argentina millisinin müdafiəçisi Kristian Romero Lionel Messinin yığmadakı vida oyunu ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Romero bu qarşılaşmanın xüsusi məqam olacağını bildirib: "Əlbəttə, bu, xüsusi an olacaq. Ümid edirik ki, Messi bu oyundan zövq alacaq və hər şey yaxşı keçəcək. Biz onu gözləyəcəyik və hər zaman olduğu kimi, özünü rahat hiss etməsi üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bu, gözlənilməzdir... O, dünya çempionatında inanılmaz dərəcədə yaxşı çıxış etdi və onsuz davam etmək qəribə olacaq. Amma biz son ana qədər onunla birlikdə oyundan həzz alacağıq. Artıq onunla yazışmışıq. Nə yazdığımı isə özümə saxlayacağam, bu şəxsi məsələdir".
Lionel Messi Argentina millisində vida oyununu 6 oktyabrda keçirəcək.


