"Kəpəz"in kapitanı Əli Səmədovun son durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının VI turunda "Sumqayıt"la matçda sıradan çıxan futbolçunun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bərpası 2-3 həftə çəkəcək Ə. Səmədov növbəti turdakı "Araz-Naxçıvan"la qarşılaşmanı buraxmalı olacaq.


