"Fənərbağça" mövsümün ilk kubokunu muzeyinə aparıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" Türkiyə Prezident Kubokunun (Superkubok) finalında "Beşiktaş"ı 72:59 hesabı ilə üstələyib.
Ötən mövsüm bütün daxili titulları qazanan "Fənərbağça" hər üç finalda məhz "Beşiktaş"ı məğlub etmişdi. Yeni mövsümdə də bu seriya pozulmayıb.
Qalib komandanın heyətində Ueyd Bolduin 13 xal, 6 məhsuldar ötürmə, Brakston Ki isə 11 xal, 7 ribaundla fərqləniblər.
"Beşiktaş"da ən məhsuldar oyunçu 13 xalla komandanın yeni transferi Ceylen Nouell olub. Devon Dotson isə aktivinə 9 xal yazdırıb.


