UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Litva ilə qarşılaşacaq Azərbaycan millisini dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn satışa buraxılıb.

Offsideplus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kaunas şəhərində yerləşən "Dariaus ir Gireno" stadionunda həmyerlilərimiz üçün 228 və 229-cu sektorlar ayrılıb.

Bu sektorlara biletlərin qiyməti 14 avro (təxminən 26 manat) təşkil edir.

Qeyd edək ki, sentyabrın 27-də təşkil olunacaq Litva – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da (yerli vaxtla 16:00) start götürəcək.