Mikel Arteta bu mövsüm "Arsenal"ın vəziyyəti və qarşıdakı oyunlar barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının hazırkı çempionu olan "Arsenal" sabah səfərdə "Sanderlend"lə qarşılaşacaq. Baş məşqçi komandasının "Mançester Siti" ilə çempionluq uğrunda mübarizəsi barədə belə deyib:
"Məni yalnız sabahkı oyunda qələbə ehtimalı maraqlandırır – bu, ən vacib məsələdir. Bu şansı artırmaq üçün meydanda hər şeyi sübut etməliyik. Güclü rəqibə qarşı oynayacağımızı yaxşı bilirik".
Premyer Liqadan düşmə ehtimalının 0,05 faiz olması ilə bağlı isə Arteta qeyd edib:
"Həmişə ayıq-sayıq olmaq lazımdır".
Komandanın izlənilən statusu barədə isə o, bunları əlavə edib:
"Biz növbəti oyuna köklənməliyik. Ötən mövsüm sabahkı qarşılaşmanın nə qədər çətin olacağını gördük. Orada inanılmaz atmosfer var və belə oyunlarda iştirak etmək böyük zövqdür. Rəqibin tam hazır olacağını bilirik, artıq oyun planımızı hazırlamışıq və bu gün son tamamlamaları edəcəyik. Bu matçın əhəmiyyətini dərk edirik və meydana tam hazır çıxacağıq. Həmişə olduğu kimi, sona qədər mübarizə aparacaq, rəqibi üstələməyə və qalib gəlməyə çalışacağıq".


