Qadınlardan ibarət Türkiyə voleybol millisinin kapitanı Eda Erdem növbəti böyük nailiyyətə imza atıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli voleybolçu karyerasında 10-cu dəfə Avropa çempionatında forma geyinməklə turnirin rekorduna şərik olub.
Kapitan bu göstərici üzrə sırbıstanlı Maya Oqnyenoviçə çatıb.
Bununla yanaşı, Eda Erdem blok göstəricisində də zirvəyə yüksəlib.
Aktivində 145 blok olan təcrübəli idmançı Avropa çempionatı tarixinin ən çox blok edən voleybolçusu unvanına sahib çıxıb.


