Gürcüstan millisinin və PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya komanda yoldaşı Fabian Ruisi tərifləyib.
Offsideplus.az xəbər verir ki, o, ispaniyalı oyunçunun futbola baxışını və meydandakı rolunu xüsusi vurğulayıb.
"Onu çox vaxt lazımınca dəyərləndirmirlər, halbuki futbola yanaşması sadəcə inanılmazdır. Kiminsə Serxio Buskets haqqında dediyi bir fikri xatırlayıram: futbola baxanda Busketsi görmürsən, amma onu izləyəndə futbolun özünü görürsən. Fabian da eynilə belədir: meydanda onu çox seçmək olmur, lakin oyunu idarə etməsi və temp verməsi tamamilə fərqli səviyyədir", – deyə Kvaratsxeliya bildirib.
Qeyd edək ki, Fabian Ruis İspaniya millisinin üzvüdür. Paris klubunun yarımmüdafiəçisi dünya və Avropa çempionu olmaqla yanaşı, bu il "Qızıl top"a namizədlər siyahısına da daxil edilib.


