"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik qarşıdakı 'Mançester Siti' ilə oyun öncəsi heyət seçimi barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Kerrik hücum xəttində Mateus Kunyanın və Benyamin Şeşkonun fərqli üstünlüklərə malik olduğunu bildirib. O qeyd edib ki, heyət seçimi həm rəqibdən, həm də komandanın balansından və hücum etmək istədikləri zonalardan asılıdır. "Hər iki oyunçu təhlükə yaradır. Qərar verərkən bir çox amil nəzərə alınır" – deyə Kerrik vurğulayıb.
Markus Reşford barədə danışan baş məşqçi onun çıxışından razı qaldığını bildirib: "Onunla bir çox baxımdan çox razıyam. Bazar günü 'Everton'a qarşı həqiqətən təhlükəli idi. Daha çox nəticə əldə edə bilmədiyimizə təəssüflənirəm, amma o, doğrudan da təhlükə mənbəyidir. Sadəcə, komandamızda belə oyunçunun olmasına çox şadam. Heyətimizdə yaxşı seçim imkanımız var və daim təravət saxlamağa çalışırıq".
Yuri Tilemans və Andrey Santos barədə danışan Kerrik onların kollektivə uğurla uyğunlaşdığını bildirib: "Bütün yarımmüdafiəçilərimiz texnikalıdır və topu irəli aparmaq bacarığına malikdirlər. Komandada belə keyfiyyətlərin olması və onlardan istifadə etmək xoşdur. Yuri və Andrey kollektivə əla uyğunlaşıblar. Meyson Mauntdan isə əvvəlkindən bir qədər fərqli tapşırıqlar tələb edirik, amma o, bunun öhdəsindən gəlir. Onların arasında qarşılıqlı anlaşma getdikcə artır".


