Mikel Arteta baş məşqçisi olduğu "Arsenal"la uzunmüddətli müqavilə imzalamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Arteta yay aylarında klub rəhbərliyinə komandadan ayrılmaq fikrində olmadığını bildirib.
Mütəxəssisin klubla müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir.


