"Sakramento Kinqs" son illərdə uğursuz çıxışları ilə diqqət çəkir. Komanda 2023-cü ildə uzun fasilədən sonra ilk dəfə NBA pley-offuna vəsiqə qazansa da, bundan sonra üç mövsüm ardıcıl olaraq müntəzəm mövsümdə mübarizəni dayandırıb. Son mövsümdə isə cəmi 22 qələbə əldə edən "Kinqs" növbəti çempionatda autsayderlər sırasında göstərilir və klubun idarəçiliyində ciddi problemlər olduğu bildirilir.
Offsideplus.az xəbər verir ki, məşhur basketbol jurnalisti Tim Makmen "Kinqs"in vəziyyətini şərh edərkən bildirib ki, komanda hazırda tam xaos içindədir və yeni seçilən lotereya oyunçusuna böyük ümidlər bəslənir. O, "Kinqs"in Qərb konfransında ən zəif komanda olacağını proqnozlaşdırıb və əlavə edib ki, klubun baş məşqçisi Dağ Kristi liqada ən aşağı maaş alan mütəxəssisdir. Onun əməkhaqqısı "Portland Treyl Bleyzers"in yeni baş məşqçisi Mayki Noridən də azdır. Xatırladaq ki, Dağ Kristi 2024/25 mövsümündə "Kinqs"in baş məşqçisi postuna təyin olunub və nəticələrin zəif olmasına baxmayaraq, vəzifəsini qoruyub saxlayıb. Mayki Nori isə 2026/27 mövsümündə "Portland"da debüt edəcək. Məlumata görə, "Portland" rəhbərliyi baş məşqçi müqaviləsində maksimum qənaət etməyə çalışıb və Məşqçilər Assosiasiyası Norinin müqaviləsini "təhqiredici" adlandırıb.


