Basketbolun canlı əfsanəsi Dirk Novitski "Dallas Maveriks"in yeni mövsümdəki perspektivləri barədə fikirlərini bölüşüb. O, xüsusilə Kayri İrvinqin və Kuper Flaggın potensial əməkdaşlığını yüksək qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, Novitski son həftələrdə sosial şəbəkələrdə yayılan videolarda Kayri İrvinqin əla formada göründüyünü bildirib: "O, hələ də çevik və partlayıcıdır. İrvinqi Kuperlə birlikdə meydançada izləmək çox maraqlı olacaq. Əgər onlar bir-birini başa düşsələr, ölümcül duet yarana bilər. Kuperin ikinci mövsümdə əsas inkişaf etdirəcəyi məqam məsafədən atışdır. Bu, ona səbətə daha rahat daxil olmağa və komanda yoldaşlarına ötürmə verməyə əlavə imkanlar yaradacaq. Bu, onun inkişafında növbəti addımdır."
Novitski Qərb Konfransının çox güclü olduğunu vurğulayıb və "Maveriks"in yenidən NBA finalçısı səviyyəsinə qayıtmasının vaxt alacağını qeyd edib: "Əgər məndən proqnoz istəsəniz, 30-dan çox qələbə seçərəm."


