"Sabah"ın "Mançester Yunayted"lə matçı üç azərbaycanlı futbolçuya - Rəhman Daşdəmirov, Aleksey Isayev və Abdulla Xaybullayevə Çempionlar Liqasında debüt imkanı verib..
Offsideplus.az turnirin əsas mərhələsində şans qazanmış azərbaycanlı futbolçuların statistikasını hazırlayıb.
İlk olaraq 2017/18 mövsümündə "Qarabağ"ın heyətində Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedev və Mahir Emreli "Çelsi"yə qarşı oyunda qitənin ən mötəbər turnirində debüt ediblər. Əsas mərhələdə daha sonra Bədavi Hüseynov və Coşqun Diniyev də şans qazanıblar.
Ötən mövsüm daha 5 futbolçu Ağdam təmsilçisinin heyətində Çempionlar Liqasında meydana çıxmaq şansı əldə edib - Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov, Musa Qurbanlı və Nəriman Axundzadə.
Çempionlar Liqasında yerli futbolçuların ümumi statistikasını sizə təqdim edirik:
Elvin Cəfərquliyev – 10 oyun, 2 qol, 1 məhsuldar ötürmə (ən çox oyuna çıxan futbolçu)
Bəhlul Mustafazadə – 8 oyun, 1 qol
Toral Bayramov – 8 oyun
Nəriman Axundzadə – 6 oyun, 1 məhsuldar ötürmə
Maksim Medvedev – 6 oyun
Qara Qarayev – 6 oyun
Musa Qurbanlı – 6 oyun
Mahir Emreli – 6 oyun (2017/18-də "Qarabağ"la 5, 2022/23-də "Dinamo" (Zaqreb) forması ilə 1 oyun)
Bədavi Hüseynov – 5 oyun (2017/18-də 3, 2025/26-da 2 oyun)
Rəşad Sadıqov – 5 oyun
Elvin Yunuszadə - 3 oyun.
Ramil Şeydayev - 2 oyun
Əfran İsmayılov - 2 oyun.
Coşqun Diniyev – 2 oyun
Ağabala Ramazanov - 1 oyun.
Aleksey İsayev, Rəhman Daşdəmirov və Abdulla Xaybullayev – 1 oyun (dünən debüt etdilər)
Qeyd edək ki, Aleksey İsayev ötən mövsüm "Qarabağ"ın heyətində olsa da, Çempionlar Liqasının iştirak ərizəsinə salınmamışdı. Abbas Hüseynov isə "Qarabağ"la iki dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazansa da, debüt etmək imkanı əldə etməyib.


