"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik Çempionlar Liqasının birinci turunda "Sabah"a qarşı keçirilən oyunu (4:0) dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o, matçdan sonra bunları deyib:
"Qapımızı toxunulmaz saxlamaq xoş oldu. Hücumda bəzi hərəkətlərimiz həqiqətən fantastik idi. Müdafiədə də, əsasən, yaxşı çıxış etdik. Rəqibə hörmətimi bildirirəm. Belə komandaya qarşı oynamaq asan deyildi. Onlar qısa ötürmələrlə oynayır və topu almaq üçün sizi çox işləməyə məcbur edirlər. Hesab rahat görünür, amma oyun hər zaman belə asan keçmədi. Düşünürəm ki, bu axşam bir çox işi yaxşı yerinə yetirdik və bu da bizə yaxşı nəticə qazandırdı. Mövsümə ideal başlamamışıq, amma bu gün yenidən çox yaxşı əlamətlər gördüm".


