"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis böyük rəqibə karşı məğlubiyyətin komandası üçün mühüm təcrübə olduğunu bildirib:

"Bura gələndə başa düşürdük ki, qarşımızda böyük sınaq dayanır. "Mançester Yunayted" uşaqlıqdan azarkeşlik etdiyim klubdur. Buna görə də "Old Trafford"da yer alaraq onlara qarşı mübarizə aparmaq mənim üçün artıq böyük şərəf idi. Bu komandaya məğlub olmaq ağrılıdır, amma eyni zamanda bizim üçün böyük təcrübədir".

Dambrauskas rəqibin yüksək səviyyəsini xüsusi vurğulayaraq məğlubiyyətdən dərs çıxaracaqlarını qeyd edib:

"Bu məğlubiyyətdən çox şey öyrənə bilərik. Onlar dünyanın ən böyük klublarından biridir. "Mançester Yunayted" bu axşam səviyyəli komandanın meydanda necə çıxış etməli olduğunu nümayiş etdirdi. Bəzən oyunu uduzursan. Bu axşam isə biz sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq".